Yuxarı

Azәrbaycan Prezidenti Monteneqronun dövlət başçısı Filip Vuyanoviçlә görüşüb

Dövlәt başçıları TAP vә TANAP layihәlәrinin hәyata keçirilmәsinin perspektivlәrini müzakirә ediblәr

Bakı. 12 iyun. REPORT.AZ/ İyunun 12-dә Azәrbaycan Prezidenti İlham Әliyev birinci Avropa Oyunlarının açılış mәrasimindә iştirak etmәk üçün Bakıya sәfәrә gәlәn Monteneqronun Prezidenti Filip Vuyanoviçlә görüşüb.

"Report" xəbər verir ki, görüşdә iki ölkә arasında әmәkdaşlığın yüksәk sәviyyәdә olduğu qeyd edilib, bu әlaqәlәrin daha da genişlәndirilmәsi vә möhkәmlәndirilmәsi üçün maraq vә imkanların mövcudluğu vurğulanıb. Birinci Avropa Oyunlarının əhəmiyyəti qeyd olunub, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirilib.

Ermәnistan-Azәrbaycan, Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә bağlı danışıqlar prosesi әtrafında fikir mübadilәsi aparılıb. Dövlәt başçıları TAP vә TANAP layihәlәrinin hәyata keçirilmәsinin perspektivlәrini müzakirә ediblәr.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi