Ayxan Hacızadə: "İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir"
- 14 avqust, 2023
- 19:48
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X" hesabında bildirib.
“Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir. İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb.
It is strange to see a country to fight separatism in its territory while supporting separatism in other countries. Promotion by Spain of an illegal separatist regime created by in sovereign territory of is unacceptable.
— Aykhan Hajizada (@Aykhanh) August 14, 2023
We strongly condemn this non-constructive approach. https://t.co/snBhUL0tUZ