Rəsmi Bakı: “Azərbaycan müharibədən sonra üzləşdiyi problemlərlə bağlı beynəlxalq tərəfdaşlardan cavab almayıb"

Rəsmi Bakı: “Azərbaycan müharibədən sonra üzləşdiyi problemlərlə bağlı beynəlxalq tərəfdaşlardan cavab almayıb" “Azərbaycan 2020-ci ildə 44 günlük müharibədən sonra ölkənin üzləşdiyi problemlərlə bağlı beynəlxalq tərəfdaşlardan cavab almır”.
Xarici siyasət
20 Noyabr , 2023 16:33
Rəsmi Bakı: “Azərbaycan müharibədən sonra üzləşdiyi problemlərlə bağlı beynəlxalq tərəfdaşlardan cavab almayıb

“Azərbaycan 2020-ci ildə 44 günlük müharibədən sonra üzləşdiyi problemlərlə bağlı beynəlxalq tərəfdaşlardan cavab almayıb”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, 30 ildən artıqdır ki, Ermənistan nəinki Azərbaycan ərazilərini işğal edib, hətta öz hərbi texnikasını, minaları yerləşdirib və bu gün də insanların ölümünə səbəb olur.

“Azərbaycan ərazilərinin minalanması müharibə başa çatdıqdan sonra da davam etdirilib. İşğaldan azad edilmiş torpaqlarda sonradan Ermənistan istehsalı olan minalar aşkar edilib. İrəvan ölkəmizin hərbi və mülki infrastrukturuna qarşı təxribat fəaliyyəti həyata keçirmək üçün mülki və hərbi şəxslərə təlimlər keçib", - A.Hacızadə bildirib.

O vurğulayıb ki, Qarabağda aparılan antiterror tədbirləri zamanı iri silah-sursat anbarları aşkar edilib, təslim olmuş erməni silahlı birləşmələrinin tərk-silah edilməsi zamanı onların xeyli hissəsi müsadirə olunub.

Son xəbərlər

Orphus sistemi