Yuxarı

​Avropada təhlükəsizlik məsələləri ATƏT-in Helsinki sammitində müzakirə olunacaq

ATƏT Helsinki Yekun aktının 40 illiyini qeyd edəcək

Bakı. 4 iyul. REPORT.AZ/ İyulun 10-da Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qeyri-rəsmi sammiti keçiriləcək. "Report" ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Helsinki Yekun aktının 40 illik yubileyinə həsr olunub və ATƏT sədri kimi Serbiyanın təşəbbüsü ilə keçiriləcək.

Tədbirdə bütün ATƏT-ə üzv olan 57 ölkə nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Onlar Avropa təhlükəsizliyinin üzləşdiyi problemləri müzakirə etmək üçün yüksək səviyyədə qeyri-rəsmi görüş keçirəcəklər.

Görüşdə, həmçinin dekabr ayında Belqradda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclasına hazırlıq məsələləri də müzakirə ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi