Yuxarı

Avropa Şurası və Avropa İttifaqı Azərbaycandakı layihələrə 4,7 milyon avro ayırıb

İki illik layihə jurnalistlər, ədliyyə işçiləri, inzibati orqan işçiləri və hüquqşünasları əhatə edir

Bakı. 21 oktyabr. REPORT.AZ/ Avropa Şurası və Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrində, o cümlədən Azərbaycanda bir sıra yeni layihə həyata keçirəcək. 

Bu barədə "Report"a Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. 

Məlumata görə, Azərbaycanda 2015-2017-ci illərdə "Proqramlı əməkdaşlıq haqqında" çərçivə sazişi əsasında həyata keçiriləcək dörd layihənin əsas məqsədi KİV azadlığının və ifadə azadlığının genişləndirilməsi, inzibati orqanlarda rüşvətxorluqla mübarizə və rüşvətxorluğun qarşısını alma imkanlarının gücləndirilməsi, Ədliyyə Akademiyasının rolunun və imkanlarının artırılması, hakimlərə təhsil verilməsi, habelə Azərbaycanda ədliyyə xidmətlərinin səmərəsi və keyfiyyətinin yüksəldilməsinə həsr olunan xüsusi layihənin həyata keçirilməsidir.

4,7 milyon avro dəyərində olan layihələr Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilir və Avropa Şurası tərəfindən həyata keçirilir. Bu layihələrdən əlavə, Azərbaycan həm də bir neçə ölkəni əhatə edən 14 regional təşəbbüsdə iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi