"Report"un Fransa bürosu xəbər verir ki, ümumilikdə, 17,5 milyon avroya başa gələcək proqramın ikinci mərhələsinə bu gündən start verilir.
2019-2021-ci illəri əhatə edəcək proqramın məqsədi 6 ölkədə - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanda insan hüquqları, demokratiya və hüquqi dövlətin inkişafı sahəsindəki qanun və təcrübələrin Avropa standartlarına uyğunlaşdırlmasına dəstək verməkdən ibarətdir.
Bu ölkələrdə hakimiyyət orqanları ilə aidiyyəti tərəfdaşların yaxından əməkdaşlığını təmin etməklə qanun və təcrübəni daha da təkmilləşdirmək planlaşdırılır. Bu məqsədlə qanunların yenidən öyrənilməsi, peşəkarların hazırlanması, informasiya, təcrübə və uğurlu nəticələri bölüşməklə ictimai institutların işinin yaxşılaşdırılması nəzərdə tutulur.
Xatırladaq ki, 50 milli və çoxtərəfli tədbirdən ibarət olan birinci mərhələ 2015-2018-ci illəri əhatə etmişdi.