Bakı. 19 oktyabr. REPORT.AZ/ ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 23-cü iclası bu il dekabr ayının 8-9-da Almaniyanın Hamburq şəhərində keçiriləcək.
"Report" xəbər verir ki, iclasa ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer rəhbərlik edəcək.
Qeyd edək ki, hər ilin sonunda ATƏT XİN başçılarının iclası keçirilir. İclasın gedişində təşkilat məkanında ən aktual məsələlər nəzərdən keçirilir.
Xatırladaq ki, 2017-ci ilin yanvarın 1-dən təşkilatda sədrlik Almaniyadan Avstriyaya keçəcək.