Yuxarı
    Bağlamaq

    ATƏT PA-nın vitse-prezidenti Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri təyin edilib

    Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun yeni tərkibi təsdiqlənib© Report.az

    Buxarest. 19 may. REPORT.AZ/ Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun yeni tərkibi təsdiqlənib. 

    “Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Rumıniya parlamentinin həm Senat, həm də Deputatlar Palatasının üzvlərindən ibarətdir. Ümumilikdə 10 deputatdan ibarət qrupun tərkibinə ölkə parlamentində təmsil olunun bütün siyasi partiyaların nümayəndələri daxil edilib.

    Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna isə ATƏT Parlament Assambleyasının vitse-prezidenti Paul Viktor Dobre rəhbərlik edəcək. Ötən il Gürcüstanda keçirilən ATƏT PA-nın 25-ci illik iclasında P.Dobre bir il müddətinə qurumun vitse-prezidenti seçilib. İxtisasca mühəndis olan 65 yaşlı P.Dobre Rumıniya Milli-Liberal Partiyasının (PNL) üzvüdür və 2000-ci ildən ölkə parlamentinin Deputatlar Palatasının deputatıdır.

    Xatırladaq ki, 2016-cı il dekabrın 11-də Rumıniyada növbəti parlament seçkiləri keçirilib. Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sabiq rəhbəri deputat İulian İancu olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi