ATƏT-in daimi nümayəndələr qrupu Azərbaycana səfərlə bağlı məlumat yayıb

ATƏT-in daimi nümayəndələr qrupu Azərbaycana səfərlə bağlı məlumat yayıb Bakı. 23 iyun. REPORT.AZ/ ATƏT-in 24 daimi nümayəndədən ibarət qrupu 18-22 iyun tarixlərində Cənubi Qafqaza səfərlə bağlı məlumat yayıb.
Xarici siyasət
23 İyun , 2018 08:37
ATƏT-in daimi nümayəndələr qrupu Azərbaycana səfərlə bağlı məlumat yayıb

Bakı. 23 iyun. REPORT.AZ/ ATƏT-in 24 daimi nümayəndədən ibarət qrupu 18-22 iyun tarixlərində Cənubi Qafqaza səfərlə bağlı məlumat yayıb.

Qurumdan “Report”a verilən məlumata görə, son bir neçə ildə Ermənistan, Gürcüstan və Azərbaycana bu formatda edilən səfərin məqsədi səfirlərin ATƏT-in hər üç ölkə ilə bağlı öhdəlikləri və prinsipləri ilə, həmçinin keçmiş, bu gün və potensial gələcəklə bağlı sabitlik, sülh və əmin-amanlığa dəstəyini bir daha təsdiq etmək olub.

Məlumatda qeyd olunur ki, səfirlər İrəvan, Tbilisi və Bakıda dövlət rəsmiləri, geniş siyasi partiyalardan olan parlamentarilər, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüblər. Danışıqlar zamanı təhlükəsizlik, münaqişələr və bu yaxınlarda baş vermiş siyasi hadisələrə xüsusi diqqət ayrılıb.

Bildirilir ki, ATƏT Ermənistan, Gürcüstan və Azərbaycanla əlaqələrini onların cəmiyyətlərinə və təşkilatlarına bütün təhlükəsizlik sahələrində fayda vermək məqsədi ilə aktivləşdirməyə can atır.

Səfirlər Azərbaycanda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, həmçinin parlament nümayəndələri, Milli Məclis sədrinin müavini Bahar Muradova və ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevlə görüşüblər. Səfər Baş nazir Novruz Məmmədovla aparılan danışıqlarla yekunlaşıb.

"Mən Cənubi Qafqazın üç ölkəsinə səfərdən dərin ruh yüksəkliyi ilə Vyanaya qayıdıram. Bizim məqsədimiz ATƏT ölkələri ilə etimadın möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyəti aktivləşdirmək istəyini qeyd etmək idi. Bu münasibətlər əvvəlki kimi ATƏT-in gündəliyində durur və bunu qarşılıqlı fəaliyyəti möhkəmləndirmək üçün bir-birimizlə bölüşməyimiz olduqca vacibdir", - deyə ATƏT Daimi Şurasının sədri səfir Alessandro Azzoni bildirib.

Son xəbərlər

Orphus sistemi