Assosiasiyanın vitse-prezidenti: Boneyra adasında yaşayan gənclər heç bir perspektiv görmürlər

Assosiasiyanın vitse-prezidenti: Boneyra adasında yaşayan gənclər heç bir perspektiv görmürlər Boneyra adasında yaşayan gənclər öz gələcəklərində inkişaf üçün heç bir perspektiv görmürlər.
Xarici siyasət
22 Avqust , 2024 12:08
Assosiasiyanın vitse-prezidenti: Boneyra adasında yaşayan gənclər heç bir perspektiv görmürlər

Boneyra adasında yaşayan gənclər öz gələcəkləri üçün heç bir perspektiv görmür.

“Report” xəbər verir ki, bunu Afro-Karib regionu Assosiasiyasının vitse-prezidenti Rutsayni Janet Holder “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda çıxışı zamanı deyib.

“Gənclər Boneyrada işlə təmin edilməklə bağlı bir çox çətinliklərlə üzləşirlər. Ali təhsil almaq üçün xaricə getməliyik, qayıdanda isə diplomumuz tanınmır”, - o vurğulayıb.

R.Holder bildirib ki, işəgötürənlərin yerli əhali arasında işə qəbul üçün rəsmi tələblərinə baxmayaraq, 2010-cu ildən bəri əksər iş yerləri adaya köçən avropalılara və digər yerli olmayan sakinlərə verilir: “Bu, Boneyra gənclərinin iş təcrübəsi və layiqli həyat qazanma şanslarını daha da azaldır”.

Son xəbərlər

Orphus sistemi