AŞPA-ya müvəqqəti prezident seçilib

AŞPA-ya müvəqqəti prezident seçilib
Xarici siyasət
25 İyun , 2018 13:59
AŞPA-ya müvəqqəti prezident seçilib
0 : 00
0 : 00

Strasburq. 25 iyun. REPORT.AZ/ Lilyan Mori Paskye (Lilian Maury-Pasaquier) AŞPA-nın yay sessiyası müddətində prezident seçilib.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, o, yay sessiyası müddətində AŞPA-nın müvəqqəti prezidenti olacaq.

1956-cı ildə Cenevrədə anadan olan Lilyan Mori Paskye İsveçrənin sosial Partiyasının üzvüdür.

Qeyd edək ki, bu ilin mart ayında Mikele Nikoletti İtaliya parlamentində növbəti seçkilər zamanı yenidən seçilə bilməməsi ilə əlaqədar AŞPA-nın rəhbərliyindən kənarlaşdırılıb.