AŞPA üzv ölkələri İslamın xaricdən maliyyələşməsinin qarşısını almağa çağırıb

AŞPA üzv ölkələri İslamın xaricdən maliyyələşməsinin qarşısını almağa çağırıb Strasburq. 10 oktyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədi ilə Avropada İslamın xaricdən maliyyələşməsinin nizamlanmasına dair qətnamə qəbul edilib.
Xarici siyasət
10 Oktyabr , 2018 14:38
AŞPA üzv ölkələri İslamın xaricdən maliyyələşməsinin qarşısını almağa çağırıb
0 : 00
0 : 00

Strasburq. 10 oktyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədi ilə Avropada İslamın xaricdən maliyyələşməsi"nin nizamlanmasına dair qətnamə qəbul edilib.

“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, sənəddə quruma üzv ölkələrin İslamın adından istifadə edərək milli siyasətlərini digər üzv dövlətlərdə yaymaq məqsədi ilə İslamın xaricdə maliyyələşməsinə son qoymağa çağırılıb. 

Qətnamədə bildirilib ki, dövlətlər öz ərazilərində xarici təşkilatların paralel cəmiyyətlər yaratmaq üçün müdaxilələrinə etiraz etməli, xaricdən gələn maliyyə vəsaitlərinin insan hüquqlarına, insanların fundamental hüququ olan birgə yaşamaq haqlarına zərər vuran təşkilatlara gəlib çatmasının qarşısını almalıdır.

AŞPA üzv ölkələri radikalizmin qarşısının alınması üçün İslam dinini tədris planlarına daxil etməyə, dini ictimaiyyətin tələbatına uyğun şəkildə lazımi maliyyə vəsaiti ayırmağa, Avropada islami teologiya fakültələrinin açılması təşəbbüslərinə dəstək verməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işə başlayıb.

Son xəbərlər

Orphus sistemi