AŞPA Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını alqışlayıb

AŞPA Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını alqışlayıb Avropa Şurası Parlament Asambleyasının məruzəçiləri Tofiq Yaqublunun 28 sentyabr tarixində keçiriləcək məhkəmə iclasınadək ev dustaqlığına köçürülməsinə dair Bakı Apelasiya Məhkəməsinin qərarını alqışlayıb.
Xarici siyasət
22 Sentyabr , 2020 14:56
AŞPA Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını alqışlayıb

Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Tofiq Yaqublunun sentyabrın 28-də keçiriləcək məhkəmə iclasınadək ev dustaqlığına buraxılmasına dair Bakı Apelyasiya Məhkəməsinin qərarını alqışlayıb.

“Report” AŞPA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycana dair həmməruzəçilər Rocer Qeyl (Böyük Britaniya) və Stefan Şennax (Avstriya), habelə Azərbaycan üzrə xüsusi məruzəçi Sunna Evarsdottir (İslandiya) birgə məlumat yayıb.

“Onun barəsində həbsin ev dustaqlığına dəyişdirilməsi yaxşı addımdır. Bu da Azərbaycan rəhbərliyinin Tofiq Yaqublu barəsində hökmlə bağlı qayğılarımızı nəzərə alaraq onun davasına Avropa Şurasının standartlarına uyğun ədalətli şəkildə yenidən baxılacağına bizdə ümid yaradır. Biz həmçinin Tofiq Yaqublunun aclığı dayandırmaq qərarından da məmnunuq”, - həmməruzəçilər söyləyiblər.

Son xəbərlər

Orphus sistemi