AŞPA qış sessiyasının gündəliyi açıqlanıb

AŞPA qış sessiyasının gündəliyi açıqlanıb Avropa Komissiyasının prezidenti AŞPA deputatlarına müraciət edəcək
Xarici siyasət
15 Dekabr , 2014 11:23
AŞPA qış sessiyasının gündəliyi açıqlanıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti iclası yanvar ayının 26-30-da Strasburqda keçiriləcək. "Report" xəbər verir ki, qarşıdakı sessiya zamanı deputatlar Moldova və Tunisdə keçən seçkiləri müzakirə edəcəklər, Ukraynadan qaçqınlar və məcburi köçkünlərlə bağlı humanitar vəziyyətə  dair debatlar keçiriləcək. 

Sessiya zamanı Avropada KİV azadlığı, məhdud imkanları olan şəxslərin hüquqlarının müdafiəsi məsələləri, Avropa Şurası və Aİ arasında qarşılıqlı anlaşma haqqında memorandumun həyata keçirilməsini müzakirə edəcəklər. 

Sessiyada İrlandiya prezidenti Maqkl Hiqqins çıxış edəcək, yanvarın 29-da  Avropa Komissiyasının prezidenti Jan Klod Yunker AŞPA deputatlarına müraciət edəcək.

Azərbaycanla bağlı məsələlər hazırkı sessiyanın gündəliyinə daxil edilməyib.

Son xəbərlər

Orphus sistemi