AŞPA prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

AŞPA prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb Bu, P.Aqramuntun AŞPA prezidenti kimi Bakıya ilk səfəridir
Xarici siyasət
26 Fevral , 2016 14:05
AŞPA prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Bakı. 26 fevral. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramuntun Azərbaycana səfərinin proqramı açıqlanıb.

"Report" AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, P.Aqramunt 29 fevral - 1 mart tarixlərində Bakıya səfəri zamanı ölkə Prezidenti, xarici işlər naziri, parlamentin spikeri ilə görüşlər keçirəcək. Eyni zamanda onun Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin bir sıra nümayəndələri və QHT nümayəndələri ilə görüşü nəzərdə tutulub.

Xatırladaq ki, bu, P.Aqramuntun AŞPA prezidenti kimi Bakıya ilk səfəridir. O, bu posta Assambleyanın yanvardakı sessiyasında seçilib. Daha əvvəl isə P.Aqramunt AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olub.

Son xəbərlər

Orphus sistemi