AŞPA prezidenti vəzifəsinə iki nəfər namizəddir

AŞPA prezidenti vəzifəsinə iki nəfər namizəddir Prezident oktyabrın 9-da Strasburqda keçiriləcək AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə seçiləcək
Xarici siyasət
7 Oktyabr , 2017 15:24
AŞPA prezidenti vəzifəsinə iki nəfər namizəddir

Bakı. 7 oktyabr. REPORT.AZ/ Pedro Aqramuntun istefasından sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə iki namizəd var.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar Stella Kiriakides (Kipr) və Emanuelis Zinqerisdir (Litva).

Xatırladaq ki, Assambleyanın prosedur qaydalarına uyğun olaraq, prezident oktyabrın 9-da Strasburqda keçiriləcək AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə seçiləcək. Bu yolla seçilən prezident yanvarın 22-26-da Strasburqda keçiriləcək növbəti sessiyanın açılışına qədər vəzifədə qalır.