AŞPA prezidenti Süriyaya səfəri ilə əlaqədar dinləmələrdə iştirak etməyə razılıq verib

AŞPA prezidenti Süriyaya səfəri ilə əlaqədar dinləmələrdə iştirak etməyə razılıq verib Dinləmələr aprelin 25-də keçiriləcək
Xarici siyasət
24 Aprel , 2017 18:29
AŞPA prezidenti Süriyaya səfəri ilə əlaqədar dinləmələrdə iştirak etməyə razılıq verib

Bakı. 24 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Süriyaya səfəri ilə əlaqədar dinləmələrdə iştirak etməyə razılıq verib. 

Bu barədə "Report"a AŞPA-nın mətbuat xidmətindən bildirilib.

Vurğulanıb ki,  Pedro Aqramunt çox sayda sorğunu nəzərə alaraq Suriyaya səfəri barədə və bütün AŞPA üzvləri üçün açıq olan dinləmələrdə iştirak etməyə razılıq verib: "Dinləmələr aprelin 25-də keçiriləcək."

Ümumiyyətlə, bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt üzvü olduğu Avropa Xalq Partiyasının (AXP) iclasını tərk edib. O, bu addımı partiyadaşlarının onun AŞPA prezidenti vəzifəsindən getməsini tələb etməsindən sonra atıb. Partiya üzvləri P.Aqramuntun Suriyaya səfəri ilə əlaqədar onun istefasını tələb ediblər.

Xatırladaq ki, qanuna görə, AŞPA prezidentinin impiçment məsələsi yoxdur. O, postu ancaq könüllü tərk edə bilər.  

Son xəbərlər

Orphus sistemi