Yuxarı

AŞPA prezidenti Azərbaycana gəlib

Səfər zamanı bir sıra mühüm görüşlər nəzərdə tutulub

Bakı. 29 fevral. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, Avropa rəsmisi martın 1-dək davam edəcək səfər çərçivəsində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Eyni zamanda onun Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin bir sıra nümayəndələri və QHT nümayəndələri ilə görüşü nəzərdə tutulub.

Xatırladaq ki, bu, P.Aqramuntun AŞPA prezidenti kimi Bakıya ilk səfəridir. O, bu posta Assambleyanın yanvardakı sessiyasında seçilib. Daha əvvəl isə P.Aqramunt AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi