AŞPA-nın yeni prezidenti məlum olub

AŞPA-nın yeni prezidenti məlum olub Quruma italiyalı deputat Mikele Nikoletti rəhbərlik edəcək
Xarici siyasət
133
22 Yanvar , 2018 14:47

Strasburq. 22 yanvar. REPORT.AZ/ İtaliyalı deputat Mikele Nikoletti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti vəzifəsinə təsdiq edilib.

"Report"un Fransa bürosunun məlumatına görə, o, bu posta AŞPA-nın yanvarın 22-də Strasburqda başlayan qış sessiyasının ilk günündə təsdiq olunub.

M.Nikoletti bu vəzifəyə yeganə namizəd olub və bu səbəbdən səsvermə keçirilməyib. 

Qeyd edək ki, Mikele Nikoletti 19 noyabr 1956-cı ildə İtaliyanın Trente şəhərində anadan olub. O, Trente, İnnsburck və Boloniya universitetlərində elmi tədqiqat işləri aparıb, fəxri müəllim vəzifəsində çalışıb. Boloniya Universitetinin doktorudur. Onun elmi işləri siyasətin nəzəriyyəsi və etikasına həsr edilib. 

M.Nikoletti İtaliyanın AŞPA-dakı nümayəndə heyətinin və sosialistlər qrupunun rəhbəridir. O, 2013-cü ildən Parlament Assambleyasının üzvüdür. 2014-cü ildən AŞPA-da İtaliyanın nümayəndə heyətinə rəhbərlik edir, 2016-cı ildən isə Sosialistlər Qrupunun rəhbəridir.

Qeyd edək ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt səhhətində yaranan problemlə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefa verib. 

Son xəbərlər

Orphus sistemi