Yuxarı

​AŞPA-nın qış sessiyasının gündəliyinə Azərbaycan ərazilərinin işğalı ilə bağlı iki hesabat daxil edilib

Qış sessiyası yanvarın 25-29-da Strasburqda keçiriləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti - qış sessiyası yanvarın 25-29-da Strasburqda keçiriləcək.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya çərçivəsində Azərbaycan üzrə iki hesabat müzakirə ediləcək.

Yanvarın 26-da Robert Uolterin (Britaniya) "Dağlıq Qabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik", Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin "Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər" hesabatları müzakirə ediləcək.

Sessiya çərçivəsində Bolqarıstan prezidenti Rosen Plevneliyevin də çıxış edəcəyi gözlənilir.

Deputatlar Avropada mühacir problemi, Suriya və İraqdakı əcnəbi silahlılar, Avropa Şurasına üzv ölkələrdə insan haqlarının müdafiəsinin möhkəmlənməsi məsələlərini də müzakirə edəcək. Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri də seçiləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi