AŞPA-nın komitələrində Azərbaycanla bağlı hesabatlar müzakirə olunacaq

AŞPA-nın komitələrində Azərbaycanla bağlı hesabatlar müzakirə olunacaq Sentyabrın 7-də Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclası olacaq
Xarici siyasət
4 Avqust , 2017 11:48
AŞPA-nın komitələrində Azərbaycanla bağlı hesabatlar müzakirə olunacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitələrində Azərbaycanda demokratik institutların fəaliyyəti və insan haqlarının vəziyyəti müzakirə olunacaq.

"Report" assambleyanın saytına istinadən xəbər verir ki, sentyabrın 5-də Parisdə AŞPA-nın Hüquqi məsələlər və insan haqları Komitəsinin iclası keçiriləcək.

Toplantıda Belçikadan olan parlamentari Alen Destercenin (Alain Desterxhe) təqdimatında Azərbaycanda insan haqlarının vəziyyətinə həsr olunan hesabat müzakirə ediləcək. 

Sentyabrın 7-də isə Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclası olacaq.

Toplantıda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı hesabat layihəsini təqdim edəcəklər. Daha sonra layihə ətrafında müzakirə aparılacaq.

Son xəbərlər

Orphus sistemi