AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Milli Məclisdə görüş keçiriblər

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Milli Məclisdə görüş keçiriblər Səməd Seyidov: "Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində başqa ölkələrdən olan insanları qeyri-qanuni məşkunlaşdırır"
Xarici siyasət
12 Yanvar , 2017 15:45
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Milli Məclisdə görüş keçiriblər

Bakı. 12 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycan Milli Məclisində (MM) olublar.

MM-dən "Report"a verilən məlumata görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə keçirilən görüşdə parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan ilə bu qurum arasındakı münasibətlərin hər iki tərəf üçün vacib və əhəmiyyətli olduğunu deyib. S.Seyidov bildirib ki, Azərbaycanı APŞA-da təmsil edən nümayəndə heyəti əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmağa hazırdır.

O deyib ki, hazırda Avropa və dünya üçün mürəkkəb dövrdür: "Qonşu ölkələrdə baş verən faciəvi hadisələr, terror aktları, Ermənistanın Azərbaycana qarşı təxribatları, ümumiyyətlə, regionda gedən proseslər bizi və Avropa Şurasını narahat edən məqamlardır. Azərbaycan bu gün həm öz sabitliyi, həm Avropa Şurası və başqa beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə regionda inkişafa mühüm töhfə verir".

Nümayəndə heyətinin rəhbəri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında danışarkən bildirib ki, Avropa Şurasının və BMT-nin qərarlarına, tövsiyələrinə məhəl qoymayan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində başqa ölkələrdən olan insanları qeyri-qanuni məşkunlaşdırır.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak hər iki tərəfin səyləri nəticəsində münasibətlərdə mühüm addımların atıldığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi