*** 15:53
“Report”un Fransa bürosu xəbər verir ki, toplantı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verilib və onun yüz il əvvəl qadınlara seçkilərdə iştirak hüququ verməsi, ümumiyyətlə, cinsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara eyni hüquqlar verdiyi diqqətə çatdırılıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova ölkəmizdə qadın hüquqları, qanunlar və s. haqqında ətraflı məlumat verib.
E.Səfərli Azərbaycanda qadınlarla kişilər arasında bərabərliyin əldə edilməsində əhəmiyyətli rolu olan Azərbaycan ziyalıları, tarixi şəxsiyyətləri haqqında məruzə edib, eyni zamanda ölkəmizdəki gender siyasətindən danışıb.
R.Qasımov Azərbaycanda qadınların seçkilərdəki fəallığı barəsində məlumat verib.
Qonaqlar isə çıxışlarında Azərbaycanda qadın hüquqları sahəsində görülən tədbirləri yüksək qiymətləndirdiklərini bildiriblər. Eyni zamanda müsəlman ölkələrində qadın hüquqları ilə bağlı formalaşmış steorotiplərin olduğunu, müsəlman ölkəsi olan Azərbaycanın nümunəvi ölkə olduğunu qeyd ediblər.