Avropa Şurası Baş Katibi: “Bakı və İrəvanı dəstəkləməyə hazırıq”

Xarici siyasət
  • 08 dekabr, 2023
  • 09:16
Avropa Şurası Baş Katibi: “Bakı və İrəvanı dəstəkləməyə hazırıq”
Mariya Pejçinoviç-Buriç

Avropa Şurası regionda davamlı sülhün əldə edilməsində Azərbaycan və Ermənistanı dəstəkləməyə hazırdır.

“Report”un məlumatına görə, bu barədə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç “X” sosial şəbəkəsində yazıb.

O, həmçinin Ermənistan və Azərbaycanın birgə açıqlamanı alqışlayıb və bunu müsbət addım adlandırıb.