Yuxarı
    Bağlamaq

    Araz Əzimov: "Azərbaycan Əfqanıstana yardım ilə bağlı öhdəliyini yerinə yetirməyə davam edəcək"

    Əfqanıstanın Azərbaycandakı səfiri xarici işlər nazirinin müavini ilə görüşüb© Afghan embassy in Baku

    Bakı. 2 avqust. REPORT.AZ/ Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmmədtəqi Xəlili Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb.

    Əfqanıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə M.Xəlili A.Əzimovun Əfqanıstanın paytaxtı Kabilə son səfərini, hökumət rəsmiləri ilə görüşünü qeyd edib, eləcə də onların Azərbaycan və Əfqanıstan arasında siyasi əlaqələrin gücləndirilməsindəki vacibliyini vurğulayıb.

    M.Xəlili deyib ki, Azərbaycan ilə Əfqansıtan arasında əməkdaşlıq, iki ölkənin beynəlxalq və regional təşkilatlarda həmrəyliyi çox dəyərlidir.

    A.Əzimov Kabildə keçirdiyi görüşləri səmərəli adlandırıb və Əfqanıstanda sülh və davamlı sabitliyin mümkünlüyündən danışıb. O, Azərbaycanın Əfqanıstana yardım ilə bağlı öhdəliyini yerinə yetirməyə davam edəcəyini vurğulayıb.

    Bundan əlavə, görüşdə bu ilin dekabr ayında Bakıda keçiriləcək “Asiyanın Qəlbi-İstanbul Prosesi" təşəbbüsü çərçivəsində XİN başçılarının konfransının təşkili ilə bağlı məsələlər, eləcə də digər regonal məsələlər müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi