​Araz Əzimov ATƏT-ə üzv dövlətlərin Azərbaycandakı səfirləriylə görüşüb

​Araz Əzimov ATƏT-ə üzv dövlətlərin Azərbaycandakı səfirləriylə görüşüb "Münaqişə yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilə bilər"
Xarici siyasət
4 Aprel , 2016 20:03
​Araz Əzimov ATƏT-ə üzv dövlətlərin Azərbaycandakı səfirləriylə görüşüb

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT iştirakçı dövlətlərinin Azərbaycan Respublikasındakı səfirlərini qəbul edib və işğal edilmiş Azərbaycan əraziləri ətrafında Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca 2 aprel tarixindən etibarən gərginləşmiş vəziyyət ətrafında söhbət aparıb.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həlli yolunda atəşkəsin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq qeyd edib ki, Ermənistan davamlı olaraq atəşkəsi pozaraq diqqəti sülh prosesinin substantiv məsələlərindən yayındırmağa və beləliklə, status-kvonu uzatmağa çalışır. Nazir müavini Ermənistanın bu provokasiyalarının adətən sülh prosesində müsbət dinamika yarandığı zamanlara təsadüf etməsinə diqqəti yönəldib.

Nazir müavini atəşkəs və nəticəyönümlü sülh prosesinin dərhal bərpa olunmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan rəsmisi bu müstəvidə Azərbaycan tərəfinin birtərəfli atəşkəs elan etdiyini xatırladıb. O, münaqişənin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilə biləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi