Yuxarı
    Bağlamaq

    Rusiyanın Azərbaycandakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib

    Vladimir Doroxin: Hamımız hələ də şokdayıq

    Bakı. 20 dekabr. REPORT.AZ/ "Hamımız hələ də şokdayıq. Rusiya və sovet diplomatiyası tarixində bu, həddindən artıq qeyri-adi hadisədir."

    "Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin dünən Ankarada Rusiya Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini şərh edərkən deyib.

    Səfirin sözlərinə görə, məlum hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib, Rusiyanın Azərbaycandakı səfirliyi gücləndirilmiş şəkildə mühafizə olunur.

    Xatırladaq ki, Rusiyanın Ankaradakı səfirinə silahlı hücumdan sonra Rusiya Prezidenti Vladimir Putin ölkə xaricindəki diplomatik missiyalarda təhlükəsizliyin gücləndirilməsinə dair göstəriş verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi