Angela Merkelin Cənubi Qafqaza səfəri zamanı Qarabağ münaqişəsi müzakirə olunacaq

Angela Merkelin Cənubi Qafqaza səfəri zamanı Qarabağ münaqişəsi müzakirə olunacaq Bakı. 21 avqust. REPORT.AZ/ Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza bu həftə baş tutacaq səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.
Xarici siyasət
21 Avqust , 2018 15:59
Angela Merkelin Cənubi Qafqaza səfəri zamanı Qarabağ münaqişəsi müzakirə olunacaq
Almaniya kansleri Angela Merkel / REUTERS/ Max Rossi
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza bu həftə baş tutacaq səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

"Report" Almaniya KİV-inə istinadən xəbər verir ki, bu barədə Almaniya federal hökumətinin nümayəndəsi Şteffan Zayber keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Almaniya Avropa İttifaqından olan tərəfdaşları ilə birlikdə danışıqlar prosesini və ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir, eləcə də tərəfləri münaqişənin sülh yolu ilə həll olunmasına çağırır.

Xatırladaq ki, Angela Merkel avqustun 23-25-də Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.

Son xəbərlər

Orphus sistemi