Amerikalı ekspert: “Uruqvayın "Geniş Cəbhə" Partiyası erməni lobbisinin təsiri altındadır”

Amerikalı ekspert: “Uruqvayın "Geniş Cəbhə" Partiyası erməni lobbisinin təsiri altındadır” “Uruqvayın keçmiş hakim partiyası "Geniş Cəbhə"nin son bəyanatı Ermənistanı və onun Qarabağda Azərbaycanın suveren ərazilərində yaratdığı qeyri-qanuni separatçı rejimi dəstəkləməsi ilə bağlı son bəyanatı Uruqvayın erməni icmasının təsirindən başqa bir şey
Xarici siyasət
12 Sentyabr , 2023 16:08
Amerikalı ekspert: “Uruqvayın Geniş Cəbhə Partiyası erməni lobbisinin təsiri altındadır”
Piter Teys

“Uruqvayın keçmiş hakim partiyası "Geniş Cəbhə"nin Ermənistanı və onun Qarabağda separatçıları dəstəkləməsi Uruqvayın erməni icmasının təsirindən başqa bir şey deyil”.

Bunu "Report"a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, bu gülünc bəyanat beynəlxalq humanitar hüququ açıq şəkildə pozan, Azərbaycana və onun xalqına nifrəti qızışdıran uruqvaylı siyasətçilərin korrupsiyaya uğramasının nümayişidir: "Uruqvaylı siyasətçilərin ölkələrinə köçmüş ermənilər tərəfindən necə təzyiqlərə məruz qaldığını görmək təhqiramizdir. Ermənilər “Geniş Cəbhə” Partiyasının köməyi ilə “gizli mübarizə” taktikasına əl atırlar. Üstəlik, Montevideonun böyük erməni icması Azərbaycanla Uruqvay arasında ikitərəfli münasibətlərə ciddi ziyan vurur”.

Ekspert hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev Argentina, Paraqvay, Çili, Braziliya, Kolumbiya və Uruqvayın özü kimi Latın Amerikası ölkələri ilə əlaqələrin inkişafında və uzunmüddətli ittifaqların qurulmasında təsirli liderlik nümayiş etdirib: “Geniş Cəbhə” Partiyasının nümayəndələrinin bu cür addımlarına baxmayaraq, Uruqvayda hələ də senator Xorxe Qandini kimi Azərbaycanın sadiq tərəfdarları var".

Son xəbərlər

Orphus sistemi