Gəncədə Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyinin (BMqT) Azərbaycandakı nümayəndəliyi ilkin yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə təlim keçirilir.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” Layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimdə Gəncə (Kəpəz və Nizami rayonlar), Şəmkir, Tovuz rayonlarının polis bölmələrinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli nümayəndəliyi və sosial xidmət sahəsində çalışan qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Təlimin açılış sessiyasında BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Vladimir Qyorqiyev və ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer də iştirak edir.