Almaniyada deportasiyadan yayınan Azərbaycan vətəndaşları axtarışa verilib

Almaniyada deportasiyadan yayınan Azərbaycan vətəndaşları axtarışa verilib Sentyabrın 14-ü Düsseldorfdan Azərbaycana göndərilənlərin siyahısında deportasiya prosesindən yayınanlar polis tərəfindən axtarşa verilib.
Xarici siyasət
16 Sentyabr , 2021 13:39
Almaniyada deportasiyadan yayınan Azərbaycan vətəndaşları axtarışa verilib

Sentyabrın 14-də Düsseldorfdan Azərbaycana göndərilənlərin siyahısında olan, amma deportasiya prosesindən yayınan azərbaycanlılar polis tərəfindən axtarşa verilib.

Bu barədə “Report”un Avropa bürosuna Şimali Reyn Vestfaliya Daxili İşlər Nazirliyindən bildiriblər.

Vurğulanıb ki, deportasiyadan yayınan Azərbaycan vətəndaşlarının sayı 5-dir. Sentyabrın 13-ü deportasiya ediləcək şəxslərin ünvanlarına baş çəkən polis və miqrasiya idarəsinin əməkdaşları ikisi bir ailənin üzvü olmaqla ümumilikdə 5 nəfəri evlərində tapmayıblar.

Qeyd edək ki, sentyabrın 14-də bir qrup azərbaycanlı Almaniyadan deportasiya edilib. Təyyarə axşam saatlarında Bakıya enib və deportasiya edilən Azərbaycan vətəndaşları "Atletlər kənd"inə aparılıblar.

Son xəbərlər

Orphus sistemi