Yuxarı

Şeyxülislam Allahşükür Paşazadə: "Azərbaycanla Türkiyənin qardaşlığı Allah-Təalanın istəyi ilə reallaşan qardaşlıqdır"

Ən ağır günümüzdə gözümüz Türkiyəni axtarıb

Bakı. 14 mart. REPORT.AZ/ "Azərbaycanla Türkiyənin qardaşlığı Allah-Təalanın istəyi ilə reallaşan qardaşlıqdır". "Report"un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. 

Şeyxülislam bildirib ki, bu münasibət daimi olacaq və heç bir yad təsir bu qardaşlığa mane ola bilməyəcək. "Ən ağır günümüzdə gözümüz Türkiyəni axtarıb. Azərbaycan xalqı 20 Yanvar hadisələri zamanı səsimizə ilk səs verən Türkiyənin dəstəyini heç vaxt unutmur. Müstəqilliyimizi əldə etdikdən sonra əlaqələrimizdə yeni bir dönəm başlayıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi