Dmitro Bilotserkovets: "Qərbdən silahların gecikməsi bizi qorxutmur"

Dmitro Bilotserkovets: "Qərbdən silahların gecikməsi bizi qorxutmur" "Hazırda Ukraynada təsəvvür edilməz dərəcədə dəhşətli müharibə gedir. Əsl müharibə də hərbi sənayenin bu və ya digər sahəsinin inkişafı zərurətinin obyektiv şərtlərini diktə edir".
Xarici siyasət
4 Yanvar , 2024 11:14
Dmitro Bilotserkovets: Qərbdən silahların gecikməsi bizi qorxutmur

Hazırda Ukraynada təsəvvüredilməz dərəcədə dəhşətli müharibə gedir. Əsl müharibə də hərbi sənayenin bu və ya digər sahəsinin inkişafı zərurətinin obyektiv şərtlərini diktə edir.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Kİyev şəhər şurasının deputatı Dmitro Bilotserkovets bildirib.

"Məsələn, dronların inkişafı baxımından deyə bilərik ki, bu gün dronlar səngər müharibəsinin əsas amillərdən biridir. Ukraynada isə bu sahə həqiqətən də çox fəal, sürətlə inkişaf edir. Qərb texnologiyalarına çıxışın olması çox vacibdir. Biz silahların gecikməsindən qorxmuruq", - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Ukraynaya çoxlu silah lazımdır: "Unutmayaq ki, Rusiya həqiqətən müharibəyə hazır idi. Uzun müddətdir ki buna hazırlaşırdılar. Onların silahları çoxdur. Ukrayna üçün belə nəhəng hərbi maşına müqavimət göstərmək həqiqətən çətindir. Amma biz bunu bacardıq. Biz öz ərazimizi qoruya bildik. Yavaş-yavaş öz ərazimizi geri alırıq. Yəqin ki, çox vaxt aparacaq, çətin olacaq. Amma Ukraynada hərbi sənaye inkişaf edəcək. Çünki bu, təkcə bayağı məntiq nöqteyi-nəzərindən deyil, biznesin inkişafı üçün də faydalıdır. Bu gün dron sahəsini dövlət deyil, özəl şirkətlər inkişaf etdirir. Müəssisələrin özləri bu işdə fəal iştirak edir və buna pul yatırırlar, çünki buna tələbat var".

Deputatın sözlərinə görə, Ukraynanın müdafiə sənayesi aktiv templə inkişaf edir.

"Bizdə sadəcə lazımi hissələr çatışmır, xüsusilə, dronlarla bağlı. Çünki Çin heç də həmişə Ukraynaya lazımi hissələri əldə etmək imkanı vermir. Bu gün faktiki olaraq bütün lazımi hissələr, ilk növbədə, Çinin sənaye sektorunda cəmləşib. Bu, konkret sahənin inkişafı baxımından bu gün Ukrayna üçün əsas problemlərdən biridir. Ukrayna bu müharibədə qalib gələcək, çünki biz öz torpağımızdayıq və biz öz torpağımızı qorumağın nə demək olduğunu bilirik", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi