Ali Məhkəmədə Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüş keçirilib

Ali Məhkəmədə Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüş keçirilib Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Xarici siyasət
25 İyul , 2024 09:32
Ali Məhkəmədə Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüş keçirilib

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya Ali Məhkəmədə olub.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

Ali Məhkəmənin sədri İnam Kərimov qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətləri bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir.

Qeyd edilib ki, son dövrlər Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində də əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Həmçinin türkdilli dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsinin Azərbaycan üçün əsas prioritetlərdən biri olduğu, sıx əməkdaşlığın ədalət mühakiməsinin səmərəliliyinin artmasına şərait yaratdığı vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Kadir Özkaya ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin bütün türk dünyası üçün əhəmiyyətindən bəhs olunub.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi