Aleksandr Lukaşenko: "Lapşinin vətəndaşı olduğu üç ölkənin heç biri ona iddia etməyib"

Aleksandr Lukaşenko: "Lapşinin vətəndaşı olduğu üç ölkənin heç biri ona iddia etməyib" "Minsk nə Azərbaycanla, nə də Ermənistanla mübahisə etmək niyyətində deyil"
Xarici siyasət
28 Mart , 2017 15:52
Aleksandr Lukaşenko: Lapşinin vətəndaşı olduğu üç ölkənin heç biri ona iddia etməyib
Courtesy İmage

Bakı. 28 mart. REPORT.AZ/ "Rəsmi Minsk bloger Aleksandr Lapşinin ekstradisiyası məsələsi ilə bağlı nə Azərbaycanla, nə də Ermənistanla mübahisə etmək niyyətində deyil".

"Report" Belarus prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident Aleksandr Lukaşenko ölkəsindəki diplomatik fəaliyyətini başa vuran Ermənistanın səfiri Armen Xaçatryan ilə görüşündə deyib.

A.Lapşinin Bakıya ekstradisiyası ilə bağlı Ermənistanın tənqidlərini şərh edən A.Lukaşenko Ermənistanın Lapşin haqqında heç vaxt heç nə demədiyini bildirib: "Qulaq asın, Ermənistanın bu məsələdə nə maraqlandırır? Bəli, o, Azərbaycan tərəfdən axtarışa verilmişdi. Onu burada saxlayanda fikirləşdim ki, axı nə üçün Belarusda yaxalanıb? Başqa yerə gedərdi də. Amma saxlanılmışdı, İnterpol da bilirdi. Qanunların göstərdiyi kimi hərəkət edib onları xəbərdar etmişdik. Onu kimə təhvil verməli idik? Təbii ki, axtarışa verən ölkəyə!"

Belarus prezidenti A.Lukaşenko A.Lapşinin vətəndaşı olduğu üç ölkənin heç birinin ona iddia etmədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi