Xankəndi başda olmaqla, azad edilən torpaqlarda təxminən 50%-lik seçici fəallığı müharibədə qazanılan zəfəri taclandırdı.
"Report" xəbər verir ki, bunu Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAAP) nümayəndəsi, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) xarici əlaqələr üzrə sədr müavini İbrahim Halil Korkmaz deyib.
Onun sözlərinə görə, sentyabrın 1-də keçirilən parlament seçkilərinin ən mühüm özəlliyi işğaldan azad edilmiş ərazilərdə 54 seçki məntəqəsində təşkil olunmaqla ilk dəfə baş tutmasıdır: "Bu da bizə anlamlı bir prosesə şahidlik etməyimizə və qürur duymağımıza səbəb olub. Qardaş Azərbaycan xalqı Xankəndi şəhəri başda olmaqla azad edilən torpaqlarda təxminən 50%-lik iştirakla müharibədə qazanılan zəfəri taclandırdır".