Avropa Komissiyasının nəqliyyat departamentinin baş direktoru Azərbaycana gəlib

Xarici siyasət
  • 18 fevral, 2019
  • 11:47
Avropa Komissiyasının nəqliyyat departamentinin baş direktoru Azərbaycana gəlib

Bakı. 18 fevral. REPORT.AZ/ Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi Avropa İttifaqının nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə “Report”a Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

H.Hololey Azərbaycanla Aİ arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun fevralın 19-da keçirilməsi planlaşdırılan ilk iclasında iştirak edəcək.

Daha əvvəl Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas iclasın bu formatda ilk dialoq olduğunu bildirib.