Aİ səfiri: "ASAN və ABAD Azərbaycanın brendlərinə çevrilib"

Aİ səfiri: "ASAN və ABAD Azərbaycanın brendlərinə çevrilib" Kestudis Yankauskas: "Biz bu layihəni dəstəkləmişik, amma onun uğuru əsasən ideyası və gördüyü işlərlə bağlıdır"
Xarici siyasət
16 Fevral , 2018 11:52
Aİ səfiri: ASAN və ABAD Azərbaycanın brendlərinə çevrilib
Report/ Elshan Baba

Bakı. 16 fevral. REPORT.AZ/ "ASAN və ABAD Azərbaycanın yeni simasını təmsil edir. Bu strukturlar bu gün ölkənin brendlərinə çevrilib".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestudis Yankauskas deyib.

Səfir qeyd edib ki, Aİ bu layihənin təməlində dayandığına görə şaddır.

"Biz bu layihəni dəstəkləmişik, amma onun uğuru əsasən ideyası və gördüyü işlərlə bağlıdır", - K.Yanskauskas bildirib.

Səfir bu cür layihələrin insanların xidmətlərə çıxışının daha asan olmasını təmin edərək inkişafına və nəticə qazandıracağına ümidvar olduğunu vurğulayıb.

O söyləyib ki, Aİ UNDP ilə birlikdə ABAD-ə dəstək verməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi