Aİ Regional Komitəsinin işçi qrupunun rəhbəri: "Referendum tam legitimdir və Azərbaycan xalqının iradəsini əks etdirir"

Aİ Regional Komitəsinin işçi qrupunun rəhbəri: "Referendum tam legitimdir və Azərbaycan xalqının iradəsini əks etdirir" "Seçici aktivliyi yüksək idi"
Xarici siyasət
27 Sentyabr , 2016 11:23
Aİ Regional Komitəsinin işçi qrupunun rəhbəri: Referendum tam legitimdir və Azərbaycan xalqının iradəsini əks etdirir

Bakı. 27 sentyabr. REPORT.AZ/ Avropa İttifaqi Regional Komitəsinin (Aİ RK) üzvlərindən ibarət müşahidə qrupu sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilmiş ümumxalq səsverməsində 10 dairənin 2 məntəqəsində səsvermə prosesini izləyib. 

"Report" xəbər verir ki, bunu missiyanın rəhbəri Pauliina Haijanen referendumun nətiəcələrinə dair bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, missiya araşdırmalar və müşahidələr əsasında belə nəticəyə gəlib ki, referendumun keçirilməsi suveren Azərbaycan dövlətinin səlahiyyətinə aiddir və bu barədə qərar milli qanunvericiliyə uyğun qəbul edilib: "Referenduma çıxarılan dəyişikliklər əsasən ölkədə idarəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə xidmət edir. Müşahidə qrupunun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermənin gedişatını müşahidə etmələrinin şahidi oldular. Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilmişdi. Məntəqələrdə seçici aktivliyi yüksək idi, səsvermə prosesi dinc şəraitdə həyata keçdi. Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarının və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Seçicilər müstəqil və kənar müdaxilə olmadan səsvermədə iştirak edərək öz iradəsini ifadə etdilər. Səsvermə başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılmasını izlədilər və digər müşahidəçilərə bülletenlərin sayılması prosesini də izləməyə maneçilik törədilmədiyinin şahidi oldular. Beləliklə, Konstitusiyaya dəyişikliklərə dair sentyabrın 26-da keçirilmiş referendum legitimdir və onun nəticələri Azərbaycan xalqının iradəsinin müstəqil və azad şəkildə ifadəsini əks etdirir".

Xatırladaq ki, işçi qrupunun 4 üzvü var. Bunlar Pauliina Haijanen (Finlandiya), Müürsepp Kurmet (Estoniya), Sukles Urmas (Estoniya) və Dainis Turlaisdir (Latviya). 

Son xəbərlər

Orphus sistemi