Aİ-nin ali nümayəndəsi Livanın Baş naziri ilə görüşüb

Aİ-nin ali nümayəndəsi Livanın Baş naziri ilə görüşüb Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Livanın baş naziri Najib Mikati ilə görüşüb.
Xarici siyasət
6 Yanvar , 2024 16:22
Aİ-nin ali nümayəndəsi Livanın Baş naziri ilə görüşüb

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Livanın Baş naziri Nəcib Mikati ilə görüşüb.

"Report" xəbər verir ki, bunu avropalı diplomat "X" hesabında yazıb.

“Baş nazir Nəcib Mikati ilə görüşdə Livanın cənubundakı vəziyyət, Qəzzada müharibənin təsiri və Suriyadakı vəziyyət müzakirələrin əsas mövzuları idi. Biz hamının marağında olan gərginliyin aradan qaldırılması və uzunmüddətli sabitlik istiqamətində diplomatiya yolu ilə birgə işləmək barədə razılığa gəldik”, - J.Borrell bildirib.

Son xəbərlər

Orphus sistemi