Yuxarı
    Bağlamaq

    AİDA rəhbəri Seneqalda səfərdə olub

    Əşrəf Şıxəliyev BQXK tərəfindən donor ölkələrin nümayəndələri üçün təşkil olunan səfərdə iştirak edib

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Seneqala səfər edib.

    Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən donor ölkələrin nümayəndələri üçün Seneqala təşkil olunan səfərdə iştirak edib.

    Səfərin əsas məqsədi ölkədə davam edən humanitar vəziyyətlə, xüsusilə Kasamanç bölgəsində silahlı qarşıdurma nəticəsində evlərini tərk etmiş və yenidən qayıtmış məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş BQXK tərəfindən həyata keçirilən layihələrlə yaxından tanışlıq olub.

    Dünyanın yeni donor ölkələrinin nümayəndələrinin iştirak etdiyi səfər çərçivəsində Seneqal hökumətinin rəsmiləri, ölkədə fəaliyyət göstərən beynəlxalq humanitar qurumlar, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşlər keçirilib.

    Səfər zamanı AİDA ilə BQXK arasında mümkün əməkdaşlıq layihələri ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi