Yuxarı
    Bağlamaq

    Aİ Azərbaycan QHT-lərinə on il ərzində 90 milyon avro ayırıb

    Malena Mard: Aİ təhsil və məşğulluq kimi layihələr üçün 10,5 milyon avro dəyərində maliyyə xətti açıb© Report.az

    Bakı. 18 aprel. REPORT.AZ/ "Avropa İttifaqı 2007-ci ildən bəri Azərbaycanın 70 qeyri-hökumət təşkilatına 90 milyon avro ayırıb".

    "Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard "Azərbaycan Respublikasının QHT-lər haqqında qanunvericiliyi və onun Avropa standartlarına uyğun hala gətirilməsi" mövzusundakı konfransda deyib.

    Onun sözlərinə görə, bu vəsait qadınların kənd yerlərində işlə təmin olunması, jurnalistlər və sosial strukturların əməkdaşlarına treninqlərin keçirilməsi kimi müxtəlif layihələr üçün ayrılıb. O, Aİ-nin bu istiqamətdə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu əlavə edib.

    Səfir Aİ-nin təhsil və məşğulluq kimi layihələr üçün 10,5 milyon avro dəyərində maliyyə xətti açdığını bildirib: "Bu layihələr Azərbaycanın vətəndaş cəmiyyətinin xeyrinədir".

    M.Mard əməkdaşlığa görə Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə və Milli Məclisə təşəkkür edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi