Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir
Xarici siyasət
- 19 iyul, 2022
- 11:44
Belçikanın paytaxtı Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir.
“Report” xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Aİ nümayəndə heyətinə isə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel rəhbərlik edir.
Bildirilib ki, Əməkdaşlıq Şurası Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və Sektor əməkdaşlığını, Şərq Tərəfdaşlığı, İqtisadi və İnvestisiya Planının icrası ilə bağlı Aİ-Azərbaycan ikitərəfli münasibətlərinin durumunu, həmçinin növbəti addımları müzakirə edəcək.
Eyni zamanda Əməkdaşlıq Şurası daha sonra siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan haqları üzrə fikir mübadiləsi aparacaq.
Son xəbərlər
17:11
Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 48 %-ə yaxın artıb
İKT17:10
Azərbaycan İnvestisiya Holdinqinin sözçüsü dəyişib
Maliyyə17:06
QHT Agentliyinin Müşahidə Şurasına sədr seçilib
Daxili siyasət17:05
ABŞ-dən olan basketbolçu Azərbaycan klubundan ayrılıb
Komanda16:59
"Atasığorta"ya müvəqqəti inzibatçı təyin olunub
Maliyyə16:59
"Qəbələ" rəsmisi: "Komandanın əsas problemi heyətin kasad olması və təcrübəsizliklə bağlıdır"
Futbol16:57
Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 2 %-ə yaxın artıb
İKT16:56
Hesablama Palatası: Naxçıvanın büdcəsində gəlir proqnozları üzrə risklər mövcuddur
Maliyyə16:55