Rusiyanın Federal Agentliyinin rəhbəri: "Azərbaycanda rus dilinin öyrənilməsi ilə bağlı heç bir problem yoxdur"

Rusiyanın Federal Agentliyinin rəhbəri: "Azərbaycanda rus dilinin öyrənilməsi ilə bağlı heç bir problem yoxdur" Moskva. 18 yanvar. REPORT.AZ/ Azərbaycan və Rusiya, ilk növbədə strateji tərəfdaşdır. Həmçinin ölkələrimiz arasında çox güclü mədəni əlaqələr mövcuddur.
Xarici siyasət
18 Yanvar , 2019 11:10
Rusiyanın Federal Agentliyinin rəhbəri: Azərbaycanda rus dilinin öyrənilməsi ilə bağlı heç bir problem yoxdur
Sputnik / Mikhail Fomichev

Moskva. 18 yanvar. REPORT.AZ/ "Azərbaycan və Rusiya, ilk növbədə strateji tərəfdaşdır. Həmçinin ölkələrimiz arasında çox güclü mədəni əlaqələr mövcuddur".

Bunu "Report"un Rusiya bürosunun müxbirinə Rusiyanın MDB-nin xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Eleonora Mitrofanova deyib.

"Azərbaycanda olduqca böyük Rusiya diasporu var, həmçinin Rusiyada böyük Azərbaycan diasporu var. Buna görə də bu istiqamətdə də ciddi işlər davam edir. Azərbaycanda məktəblərdə və universitetlərdə sərbəst şəkildə tədris edilən rus dilinin öyrənilməsi baxımından heç bir problemimiz yoxdur.

Ölkələrimiz arasında böyük mədəni əməkdaşlıq var - xeyli sayda sərgi, konsert, "dəyirmi masa" və s. keçirilir. Bakıda çox yaxşı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Gələn il oxşar mərkəz Gəncə şəhərində də işə başlayacaq. Əminəm ki, bu, ölkənin digər regionları ilə əməkdaşlığın gücləndirilməsinə də böyük təkan verəcək", - E.Mitrofanova bildirib.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi