ABŞ-ın Azərbaycandakı səfiri: "USAID gəncləri dəstəkləyir və yeni iş yerləri açır"

ABŞ-ın Azərbaycandakı səfiri: "USAID gəncləri dəstəkləyir və yeni iş yerləri açır" ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Gəncədə fındıq istehsalı texniki sertifikatlaşdırma proqramının buraxılış mərasimində iştirak edib.
Xarici siyasət
23 Fevral , 2022 19:45
ABŞ-ın Azərbaycandakı səfiri: USAID gəncləri dəstəkləyir və yeni iş yerləri açır
Örl Litzenberger

Gəncədə Fındıqçılıq üzrə texniki sertifikat proqramini uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilib. 

"Report"un Qərb bürosunun məlumatına görə, Fındıqçılıq üzrə Texniki Sertifikat Proqramının 35 məzunu üçün təşkil edilmiş buraxılış mərasimində ABŞ səfiri Örl Litzenberger, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, eləcə də universitetin professor heyəti və tələbələr iştirak ediblər. 

ABŞ hökumətinin, USAID-in və “Ferrero Hazelnut Company” şirkətinin birgə dəstəyi ilə həyata keçirilmiş Texniki Sertifikat Proqramının məqsədi fındıqçılıq sektorunda müasir aqrotexniki qaydaları təşviq etmək və gənc liderlərin potensialını gücləndirməkdir. 

“Dünya bazarında kənd təsərrüfatı sektorunun məhsuldarlığı və rəqabətliliyi müasir istehsal qaydalarının əlçatanlığından və tətbiqindən asılıdır. Dünyanın aparıcı aqronomlarının fındıqçılıq üzrə biliklərini bölüşərək və gənclərin rəqabətyönümlü bacarığını gücləndirərək aqrar sahibkarlardan ibarət yeni nəslinin bu sektorda və ümumi iqtisadiyyatda fəal iştirak etməsinə şərait yaradırıq. USAID bu yolla gəncləri dəstəkləyir və yeni iş yerləri açır”, - səfir bildirib.

Fındıqçılıq üzrə Texniki Sertifikat Proqramı çərçivəsində tələbələrə beş həftəsonu ərzində dünya səviyyəli, üzbəüz və onlayn təlimlər keçirilib, eləcə də gələcək aqronomlara əkindən məhsul yığımına qədər bütün becərmə prosesləri ilə bağlı istiqamətlər verilib. Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin binasında, eləcə də Zaqatala, Qəbələ və Quba rayonlarında həyata keçirilmiş təlim proqramının iştirakçılar fındıqçılıq sahəsində fəaliyyət göstərən müxtəlif müəssisələrə, o cümlədən Zaqatala Fındıqçılıq Elmi Tədqiqat Mərkəzinə, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının təlim mərkəzinə, Azərbaycan Fındıq İxracatçıları Konsorsiumunun fındıq emalı müəssisəsinə, Qilan Qəbələ Yeyinti Məhsulları ASC-nin fındıq tingliyinə, eləcə də Quba rayonunda yerləşən və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər.  

Təlimin üç ən yaxşı iştirakçısı fındıqçılıq üzrə sertifikatla yanaşı bu il qarşıdan gələn təcrübə səfərində iştirak etmək imkanı da əldə edib. 

USAID-in Özəl Sektorun İnkişafı Layihəsi və “Ferrero Hazelnut Company” şirkəti tərəfindən təşkil edilmiş fındıqçılıq sənayesi üzrə İtaliyaya təcrübə səfərinin iştirakçıları “Ferrero”ya və yaxud onun ortaqlarına məxsus olan və onların idarə etdiyi fındıq istehsalı, emalı və təhsili müəssisələrinə səfər edəcəklər. USAID əlavə olaraq dörd ən yaxşı təlim iştirakçısına pul mükafatı təqdim edib.

18:59

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Gəncədə fındıq istehsalı texniki sertifikatlaşdırma proqramının buraxılış mərasimində iştirak edib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbir Gəncə Dövlət Filarmoniyasının binasında keçirilib.

Səfir Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq şəraitində fındıq istehsalı texniki sertifikatlaşdırma proqramının məzunlarının buraxılış mərasiminə qatılıb.

Qeyd edək ki, səfir, həmçinin sabah Azərbaycan Dövlət Aqrar Universitetinin Tədris-Tədqiqat Mərkəzində nümayiş sahələrinin və soyuducu anbarın açılış mərasimində də iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi