ABŞ səfiri: "Bu gün amerikalılar onlara vacib olan müxtəlif məsələlərə səs verirlər"

ABŞ səfiri: "Bu gün amerikalılar onlara vacib olan müxtəlif məsələlərə səs verirlər" "Amerikalılar qubernatorları, merləri, ştatların yerli assambleya və qanunverici orqanlarının üzvlərini seçirlər"
Xarici siyasət
9 Noyabr , 2016 08:42
ABŞ səfiri: Bu gün amerikalılar onlara vacib olan müxtəlif məsələlərə səs verirlər

Bakı. 9 noyabr. REPORT.AZ/ Bu gün amerikalılar yalnız prezident seçkisində deyil, Nümayəndələr Palatasının 435 üzvünün seçkisində də iştirak edir.

"Report" xəbər verir ki, bunu ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı Bakıda təşkil olunmuş tədbirdə çıxışızı zamanı Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R.Sekuta bildirib ki, seçkilərdə, həmçinin seçicilər Senatın da bir hissəsinin seçilməsinə səs verir:

"Amerikalılar, həmçinin Senatın 1/3 hissəsini, qubernatorları, merləri, ştatların yerli assambleya və qanunverici orqanlarının üzvlərini seçirlər. Onlar büdcə, ictimai layihələrin maliyyələşdirilməsi də daxil olmaqla amerikalılara vacib olan müxtəlif məsələlərə səs verirlər".

Son xəbərlər

Orphus sistemi