Bakı. 25 fevral. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta öz hörmətini ifadə etmək və Azərbaycanın qəhrəmanları haqqında öyrənmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.
“Report”un xəbərinə görə, bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da ABŞ-ın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul edib.
Ötən ilin sentyabrında Senat R.Sekutanın Azərbaycana səfir qismində göndərilməsinə dair namizədliyini təsdiq edib. O bu vəzifəni icra edən və səlahiyyətləri 2014-cü ilin yayında bitən Riçard Morninqstarı əvəz edir.





