ABŞ dövlət katibi köməkçisinin yeni müavini Azərbaycana səfərinin məqsədini açıqlayıb

Xarici siyasət
  • 06 noyabr, 2021
  • 07:35
ABŞ dövlət katibi köməkçisinin yeni müavini Azərbaycana səfərinin məqsədini açıqlayıb

“Yeni vəzifəyə təyin olunandan sonra Azərbaycana ilk dəfədir səfər edirəm. Burada – Azərbaycanda olmaqdan çox məmnunam”.

Bunu ABŞ dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə yeni müavini Erika Olson “Report”a müsahibəsində deyib.

O bildirib ki, səfərinin əsas məqsədi rəsmi Vaşinqtonla Bakı arasındakı münasibətləri gücləndirmək, eyni zamanda, Cənubi Qafqaz ölkələri ilə birgə çalışmaq və regional əlaqələri inkişaf etdirməkdir: “Səfərimin məqsədlərindən biri də əməkdaşlıqla dostluq qurmaqdır”.

Qeyd edək ki, E.Olson Azərbaycanda səfərdədir. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də onu qəbul edib.

E.Olson Bakıya gəlməmişdən əvvəl Ermənistan və Gürcüstanda olub. Diplomat hər iki ölkə rəhbərliyi ilə görüşüb və müzakirələr aparıb.

Son xəbərlər

Bütün Xəbər Lenti