ABŞ Azərbaycana 13,4 mln. dollar həcmində maliyyə yardımı ayıracaq

ABŞ Azərbaycana 13,4 mln. dollar həcmində maliyyə yardımı ayıracaq Məbləğ ötən ilki məbləğdən 4 mln. azdır
Xarici siyasət
13 Dekabr , 2014 15:06
ABŞ Azərbaycana 13,4 mln. dollar həcmində maliyyə yardımı ayıracaq
Bakı. 13 dekabr. REPORT.AZ/ 2015-ci ildə ABŞ  Azərbaycana 13,4 mln. dollar həcmində maliyyə yardımı ayıracaq.

"Report" xəbər verir ki, bu barədə Senata təqdim olunan ABŞ prezidentinin büdcə layihəsində deyilir. 

Bu məbləğdən 5,76 mln. dollar Azərbaycanda demokratiyanın və insan hüquqları ilə bağlı vəziyyətin  möhkəmləndirilməsi üzrə layihələrə, 4,28 mln. dollar - iqtisadi inkişafa, 3,4 mln dollar isə - sülh və təhlükəsizliyinin təmin olunması ilə bağlı layihələrə sərf olunacağı nəzərdə tutulub. 

2015-ci ildə ABŞ Ermənistana 25,7 mln. dollar, Gürcüstana - 75,7 mln. dollar həcmində maliyyə yardımı ayıracaq. 

Son xəbərlər

Orphus sistemi