ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır

ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır.
Xarici siyasət
6 Dekabr , 2023 21:42
ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır

ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır.

"Report" xəbər verir ki, Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə yaranan yeni reallıq şəraitində sülh üçün çox yaxşı imkanlar yaranıb. ABŞ bunu dərk edərək münasibətləri irəliyə doğru aparır.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə Bakıda keçirilən görüşündə də xüsusi qeyd edilib.

Görüşdə ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.

Məlumdur ki, Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və ABŞ də bu reallığı qəbul edir. Birləşmiş Ştatların Bakıya səfər edən yüksək səviyyəli rəsmisi də iki ölkə arasında münasibətlərdə gələcəyə baxışın vacibliyini söyləyib.

Ceyms O’Brayn, həmçinin ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın da davam etdirilməsinin zəruriliyi bildirilib. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında energetika sahəsində tarixən uğurlu əməkdaşlığın həyata keçirildiyini nəzərə çatdırıb.

Blinkenin köməkçisi isə öz növbəsində Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-nin roluna toxunub. Ceyms O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyini vurğulayıb.

Qeyd edək ki, görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib.

Bundan əvvəl sentyabrın 19-20-də baş tutan antiterror tədbirlərindən sonra Azərbaycan və ABŞ münasibətlərində müəyyən anlaşılmazlıqlar yaranmışdı. Həmin vaxt rəsmi Bakı öz prinsipial mövqeyini ortaya qoydu ki, bu tərzdə Azərbaycanla münasibətləri davam etdirmək mümkün deyil. Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O’Braynın Bakıya səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

Məlumat üçün deyək ki, Azərbaycan rəsmilərinin də ABŞ-yə səfəri bərpa olunur. Çünki ikitərəfli münasibətlərin müsbət məcrada davamı üçün bu, çox vacibdir. Səfərlərin bərpası ilə ABŞ-Azərbaycan əlaqələri öz əvvəlki səviyyəsinə qayıdır.

Son xəbərlər

Orphus sistemi